Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı
- Cinayət işi açıldı
Əlavə olunub: 03.27.2025 | 15:22 | Baxılıb: 7297
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb.
DİN-in Mətbuat Xidmətindən “omrum.az”ya bildirilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb:
“Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.