Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
TikTok 530 milyon cərimələndi
 
						TikTok 530 milyon cərimələndi
Əlavə olunub: 05.02.2025 | 23:53 | Baxılıb: 1764
İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası TikTok sosial media platformasının sahibi olan Çinin “ByteDance” şirkətini avropalı istifadəçilərin məlumatlarını qanunsuz olaraq Çinə ötürdüyünə görə 530 milyon avro cərimələyib.

“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, Komissiya həmçinin, “ByteDance”ə pozuntuları düzəltmək üçün altı ay vaxt verib.

Komissiyanın bildirdiyinə görə, şirkət TikTok-un avropalı istifadəçiləri haqqında məlumatları Çin hakimiyyətinin əldə edə biləcəyi serverlərdə saxlayıb.

Bu, avropalılar haqqında məlumatların digər ölkələrin hakimiyyət orqanlarına ötürülməsini qadağan edən Avropa İttifaqının mövcud qaydalarının pozulmasıdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.