
“omrum.az” xəbər verir ki, bu barədə nəşrin rəsmi saytında məlumat verilib.
Jurnalistlər qeyd ediblər ki, Leonardo Di Kaprio çoxlarının həsəd aparacağı bir karyera qurub. Xüsusilə, məqalə müəllifləri xatırladırlar ki, onun 1993-cü ildə çəkilmiş “Bu oğlanın həyatı” filmindəki rolu inanılmaz idi.
2025-ci ildə isə Di Kaprio Pol Tomas Andersonun “One Battle After Another” filmində rol aldı və bu film dünya üzrə tənqidçilər və tamaşaçılar tərəfindən rəğbət qazandı.