Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək
 
						“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək
Əlavə olunub: 08.20.2025 | 08:02 | Baxılıb: 2868
Naməlum milyarder Atlantik Okeanında “Titanik”in qalıqlarını görmək üçün 10 milyon dollar ödəyəcək. 

“omrum.az” xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Bildirilir ki, sualtı səfər bir neçə həftə ərzində baş tutacaq.

Qeyd edək ki, 2023-cü ildə turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan “Titan” adlı sualtı qayıq partlayıb, batiskafda olan beş nəfər isə həyatını itirib.

Hadisə nəticəsində həlak olanlar arasında Pakistanın ən varlı şəxslərindən biri olan Şahzadə Davudla oğlu Süleyman da olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.