Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tofiq İsmayılovun oğlu hakim qarşısında
 
						Tofiq İsmayılovun oğlu hakim qarşısında
Əlavə olunub: 05.12.2025 | 15:19 | Baxılıb: 3877
Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov və onunla birgə mühakimə edilənlərin məhkəməsi başlayıb.

“omrum.az"in məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Heydər İsmayılov və digərləri xüsusilə külli miqdarda dələduzluqda ittiham olunurlar. İş materiallarında yazılıb ki, İsmayılov iki nəfərin 810 min manat pulunu ələ keçirib.

Prokuror həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə razı olmayıb. Qətimkan tədbiri dəyişdirilmədən iş baxışa verilib.

Məhkəmə istintaqı tərəflərin dindirilməsi ilə davam edir.

Qeyd edək ki, T.İsmayılov 1991-ci ilin noyabrın 20-də Qarakənd kəndi üzərində ermənilərin Azərbaycanın hərbi helikopterini vurması nəticəsində həlak olub.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.