Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Tok” vurub öldürən şəxs sabiq məmur imiş - Yenilənib
 
						“Tok” vurub öldürən şəxs sabiq məmur imiş 
							 - Yenilənib
Əlavə olunub: 05.07.2025 | 15:05 | Baxılıb: 2922
Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“omrum.az” xəbər verir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində qeydə alınıb.

Rayon sakini 1959-cu il təvəllüdlü Əzizağa Ağayev səhər saatlarında balıq tutmaq məqsədilə Lənkəran çayına gedib.

O, balıq tutmaq istəyərkən tilovun ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə toxunması nəticəsində ölüb.

Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Qeyd edək ki, Ə.Ağayev əvvəllər Lənkəranda müxtəlif vəzifələrdə çalışıb, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu rayondakı şöbəsinin müdiri olub.

O, bir müddət imiş Bakıya köçübmüş və vaxtaşırı olaraq rayona getdikdə balıq ovuna çıxırmış.

Ziya Əmirxanlı

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.