Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tokayev iki naziri işdən çıxardı
 
						Tokayev iki naziri işdən çıxardı
Əlavə olunub: 06.08.2025 | 13:30 | Baxılıb: 2833
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki naziri işdən çıxarıb.

“omrum.az” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müdafiə naziri Ruslan Jaksılıkov və nəqliyyat naziri Marat Karabayev tutduğu vəzifədən azad olunublar.

Yeni müdafiə naziri vəzifəsinə əvvəllər nazir müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanov təyin edilib.

Marat Karabayevdən sonra boş qalan kresloya isə hələlik təyinat olmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.