Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.30.2025 | 19:31 | Baxılıb: 1571
ABŞ Prezidenti Donald Trampın xüsusi səfiri Stiven Vitkoff Ukraynanın müdafiə tələbləri ilə bağlı diqqətçəkən açıqlama verib.

“omrum.az” xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Vitkofun sözlərinə görə, Kiyev ABŞ-dən “Tomahawk” tipli qanadlı raketlər istəməkdənsə, amerikan gömrük rüsumlarının Ukrayna məhsullarına 10 il müddətinə ləğv olunmasına nail olmalıdır:

“Bu addım Ukrayna iqtisadiyyatının ağır yükünü azaldacaq və daha məntiqli strategiya sayılır. Raketlərin müəyyən partiyasının verilməsi münaqişənin ümumi gedişatına ciddi təsir göstərməyəcək”.

Qeyd edək ki, ABŞ bundan əvvəl Ukraynaya “Tomahawk” raketlərinin verilməsi ilə bağlı müraciəti rədd etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.