Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tovuzda bayram günü ailə faciəsi
 
						Tovuzda bayram günü ailə faciəsi
Əlavə olunub: 06.06.2025 | 16:11 | Baxılıb: 6710
Tovuzda 31 yaşlı Kainat Namazov 25 yaşlı bacısı A. Namazova və anası Sevinc Həsənovaya balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

“omrum.az” xəbər verir ki, hadisə bu gün baş verib. Ruhi-əsəb xəstəsi olan 31 yaşlı K.Namazov daha sonra yaşadıqları evi yandırıb.

55 yaşlı S.Həsənova xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.  

Oğul polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.