“omrum.az"in məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, Ramal Mürşüdov idarə etdiyi “VAZ21 07” markalı avtomobillə qonşusu, 1950-ci il təvəllüdlü Solmaz Mejdinovanı vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırmaya başlanılıb.
Tovuzun Yuxarı Öysüzlü kəndinda maşınla vurulan başqa bir piyada vəfat edib.
Kənd sakini 1975-ci il təvəllüdlü Elbrus Qarayev həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
İlkin məlumata görə, hər iki hadisə ehtiyatsızlıqdan baş verib.
Faktlarla bağlı araşdırmalar başlanılıb.
Yunis Quliyev