Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tovuzda restoranda yanğın - Video
 
						Tovuzda restoranda yanğın 
							 - Video
Əlavə olunub: 03.08.2025 | 11:17 | Baxılıb: 2548
Tovuz rayonu, Abulbəyli kəndində restoranda yanğın baş verib. 

“omrum.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində vətəndaşa məxsus ikimərtəbəli restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 946kv.m. olan restoranın dam örtüyü 30 kv.m. sahədə, 1 ədəd monitor və 1-ci mərtəbədə taxtadan ibarət arakəsmə 100kv.m. sahədə yanıb.

Restoranın böyük hissəsi yanğından mühafizə olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.