Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Toyda mahnı üstündə dava - Müğənni və qardaşı saxlanıldı-Foto
 
						Toyda mahnı üstündə dava 
							 - Müğənni və qardaşı saxlanıldı-Foto
Əlavə olunub: 06.12.2025 | 12:37 | Baxılıb: 7704
Ağdaşda toyda musiqiçilərlə qonaq arasında insident olub.

“omrum.az"in əldə etdiyi məlumata görə, hadisə iyunun 10-da axşam saatlarında rayonun Yuxarı Qəsil kəndində yerləşən “Ağ Saray” şadlıq sarayında qeydə alınıb.

Belə ki, toydakı dava zamanı xəsarət alan 1961-ci il təvəllüdlü Namis Hüseynov xəstəxanaya yerləşdirilib. Onun xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə ekspertiza təyin edilib.

Məlum olub ki, N.Hüseynov toyda mahnı sifarişi üstündə 1989-cu il təvəllüdlü müğənni Orxan Hüseynov və onun rəhbərlik etdiyi “Bəyoğlan” ansamblında yer alan 1987-ci təvəllüdlü qardaşı Tural tərəfindən döyülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Lent.az saytı yayıb. 

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.