Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.25.2025 | 15:09 | Baxılıb: 3781
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo və sevgilisi Corcinа Rodrigezin toyu Portuqaliyanın Madeyra adasında baş tutacaq.

“omrum.az” xəbər verir ki, bu barədə “Jornal da Madeira” nəşri yazıb.

Məlumata görə, toy mərasimi Ronaldonun doğulduğu Funşal şəhərinin kilsəsində keçiriləcək, sonra isə lüks hoteldə davam edəcək. 

Daha əvvəl Ronaldo britaniyalı jurnalist Pirs Morqanla söhbəti zamanı toy mərasiminin gələn ilin 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada baş tutacaq futbol üzrə Dünya Çempionatından sonra keçiriləcəyini söyləmişdi

Xatırladaq ki, Corcina bu ilin avqustun 11-də instaqram hesabında etdiyi paylaşımda Kriştianonun ona evlilik təklif etdiyini açıqlamışdı. 9 ildir birlikdə olan cütlüyün Alana və Bella adlı iki qızı var. Ronaldonun digər uşaqları isə surroqat anadan dünyaya gəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.