Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.28.2025 | 08:23 | Baxılıb: 2156
Türkiyənin “Trabzonspor” klubu İran çempionu olmağa əsas namizəd Təbrizin “Traktor” klubu ilə bağlı maraqlı paylaşım edib.

“omrum.az” xəbər verir ki, paylaşımda bu sözlər yazılıb: 

“2024/2025 mövsümündə İran Pro Liqası çempionluğu yolunda inamla addımlayan Azərbaycan türklərinin qüruru “Traktor” klubunu dəstəkləyirik. Möhtəşəm tərəfdarları ilə birlikdə sərgilədikləri əzm, mübarizə və qərarlılıq sadəcə futbol meydanlarında deyil, türk dünyasının könlündə də böyük iz buraxır. 

“Traktor”u çıxdığı bu çempionluq yolunda təbrik edirik və uğurları ilə qürurlanmaqlarının davamını diləyirik. Yolunuzun sonu çempionluq olsun!”

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.