Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tramp 12 ölkənin vətəndaşlarına ABŞ-yə girişi qadağan etdi
 
						Tramp 12 ölkənin vətəndaşlarına ABŞ-yə girişi qadağan etdi
Əlavə olunub: 06.05.2025 | 04:41 | Baxılıb: 7882
Amerika lideri Donald Tramp 9 iyundan etibarən 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini qadağan edib.

“omrum.az” xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. 

Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşlarına qismən məhdudiyyətlər qoyulacaq.

Məlumata görə, qərar qüvvəyə minməzdən əvvəl verilmiş vizalara şamil edilməyəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.