
“omrum.az” xəbər verir ki, bu barədə Ağ Ev rəsmi “X” hesabında məlumat yayıb.
“Bütün zamanların ən böyük kabineti artıq “TikTok”dadır. Bütün əlamətdar anları eyni yerdə izləmək üçün abunə olun”, - paylaşımda deyilir.
Prezidentin “TikTok” kanalında ilk olaraq Tramp administrasiyasındakı nazirlərin işinə, həmçinin qanunsuz miqrantların ABŞ-dən deportasiyasına həsr olunmuş 3 musiqili videorolik yerləşdirilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 25-də “TikTok”un Birləşmiş Ştatlar biznesinin nəzarəti altına keçməsinə və onun ölkədə fəaliyyətini davam etdirməsinə icazə verəcək sazişi təsdiqləyən Fərman imzalayıb.