Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tramp da İstanbuldakı danışıqlarda ola bilər
 
						Tramp da İstanbuldakı danışıqlarda ola bilər
Əlavə olunub: 05.12.2025 | 19:00 | Baxılıb: 2174
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna rəsmiləri arasında görüşlərin keçiriləcəyi İstanbula getməyi düşündüyünü açıqlayıb.

“omrum.az” TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bu haqda Ağ Evdə jurnalistlərə bildirib.

“Mən təkid etdim ki, Rusiya və Ukrayna arasında görüş İstanbulda baş tutsun və bu görüş olacaq. Cümə axşamı Türkiyədə keçirilən görüşün nəticələrinin yaxşı olacağını düşünürəm. İnanıram ki, hər iki lider orada olacaq. Cümə axşamı harada olacağımı bilmirəm. O qədər görüşlərim olur, amma ora uçmağı düşünürəm”, - Tramp qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.