Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tramp növbəti dəfə İlham Əliyevin çıxışını paylaşdı - Video
 
						Tramp növbəti dəfə İlham Əliyevin çıxışını paylaşdı 
							 - Video
Əlavə olunub: 08.08.2025 | 23:17 | Baxılıb: 3116
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan lideri İlham Əliyevin Şuşa Media Forumunda çıxışı ilə bağlı paylaşım edib.

“omrum.az” paylaşımı təqdim edir:

Qeyd edək ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Donald Trampla bağlı demişdi: 

“Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”.

Xatırladaq ki, iyulun 22-də də Donald Tramp İlham Əliyevin lll Şuşa Qlobal Media Forumundakı çıxışından paylaşım etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.