Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tramp ona Ağ Evin qızıl açarını təqdim etdi
 
						Tramp ona Ağ Evin qızıl açarını təqdim etdi
Əlavə olunub: 05.30.2025 | 23:23 | Baxılıb: 1604
ABŞ Prezidenti Donald Tramp amerikalı milyarder İlon Maska Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri kimi xidmətlərinə görə Ağ Evin qızıl açarını təqdim edib.

“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu, Maskın “DOGE” ilə son rəsmi gününü xatırlamaq üçün keçirilən mətbuat konfransında olub.

“Təşəkkür edirəm, İlon. Özünə yaxşı bax” , -Tramp deyib.

Mask dövlət xidmətini başa vurduqdan sonra Trampın “dost və məsləhətçi” statusunu saxlayacağını bildirib.

Xatırladaq ki,  ABŞ Prezidenti Donald Tramp “DOGE”ni yanvar ayında təsis edib və amerikalı milyarder İlon Mask ona rəhbər təyin olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.