Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.02.2025 | 10:17 | Baxılıb: 1809
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduroya ölkəni tərk etməsi üçün noyabrın 28-dək vaxt veribmiş.

“omrum.az” xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, noyabrın 21-i iki dövlət başçısı arasında qısa telefon danışığı baş tutub. Bu zaman Maduro Venesuelanı tərk etməyə hazır olduğunu ifadə edib, lakin bir sıra tələblər irəli sürüb. Belə ki, o özü və ailəsi üçün tam əfv, ABŞ-nin bütün sanksiyalarının ləğvini, Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı aparılan proseslərin dayandırılmasını və hökumətinin 100-dən çox yüksəkvəzifəli məmuru üzərindəki məhdudiyyətlərin götürülməsini xahiş edib.

Bundan başqa, Venesuela lideri seçkilərə qədər müvəqqəti hökumətə vitse-prezident Delsi Rodriquesin rəhbərlik etməsini təklif edib.

Tramp isə bu şərtlərin əksəriyyətini rədd edib. 15 dəqiqədən az davam etmiş söhbət zamanı Tramp Maduronun ailəsi ilə birlikdə ölkəni tərk etməsi üçün 1 həftə vaxt verib.

Məlumata görə, N. Maduro bu ultimatumu yerinə yetirməkdən imtina etdikdən sonra ABŞ Venesuela üzərindəki hava məkanının bağlandığını elan edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.