Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tramp onları hədələdi
 
						Tramp onları hədələdi
Əlavə olunub: 05.02.2025 | 02:31 | Baxılıb: 2367
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrandan neft və neft məhsulları alanlar ikinci dərəcəli sanksiyalarla üzləşəcəklər.

“omrum.az"in məlumatına görə, o bu barədə “Truth Social” hesabında paylaşım edib.

Tramp vurğulayıb ki, İrandan resurs alanlara heç bir formada ABŞ ilə biznes aparmağa icazə verilməyəcək.

Buna görə də o, İran neftinin alışını dayandırmağa çağırıb.

“İranın nefti və neft-kimya məhsullarının bütün alqı-satqısı dərhal dayandırılmalıdır! Hər hansı bir ölkə və ya şəxs İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulu alarsa, dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq”, - deyə Amerika lideri bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.