Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.26.2025 | 15:00 | Baxılıb: 1560
Məlum olduğu kimi, ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov, eləcə də Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev arasında telefon danışıqlarının stenoqramı yayılıb.

“omrum.az” xarici mətbuata istinadən xəbər verir ki, artıq hər iki tərəf məsələyə münasibət bildirib. 

Bu barədə danışan D. Tramp qeyd edib ki, Uitkoff və Uşakov arasında söhbətin “Bloomberg” agentliyində yayımlanmış stenoqramı ilə tanış deyil. Bununla belə, o, Vaşinqton və Moskva arasındakı danışıqları “adi” və “standart” adlandırıb.

Kirill Dmitriyev isə Uşakov və Uitkoffun iştirakı ilə baş tutan telefon danışığının detallarının sızdırılması barədə məlumatı təkzib edib. Belə ki, o, “X” hesabında paylaşım edərək “feyk” yazıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.