Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Trampla Culani sabah görüşəcək - Yenilənib
 
						Trampla Culani sabah görüşəcək 
							 - Yenilənib
Əlavə olunub: 05.13.2025 | 18:55 | Baxılıb: 2479
Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa (Culani) sabah Səudiyyə Ərəbistanına səfər edəcək və orada Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) sammiti çərçivəsində ABŞ lideri Donald Trampla görüşə bilər.

“omrum.az” xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb.

Suriya Xarici İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, Ər-Riyad Trampla əş-Şaraa arasında “45 dəqiqəlik görüş” keçirməyi təklif edib.

İddia edilir ki, ABŞ lideri Dəməşqdə administrasiyanın yeni rəhbərini “dinləməyə razılaşıb”, lakin hələlik görüşü rəsmi şəkildə təsdiq etməyib.

Suriya Xarici İşlər Nazirliyinin digər rəsmisi nəşrə deyib ki, Ər-Riyad Dəməşq və Vaşinqton arasında münasibətlərdə vasitəçi rolunu öz üzərinə götürüb.

Nəşrin mənbələrindən birinə görə, əş-Şaraa ilə Tramp arasında mümkün söhbətin əsas mövzusu ABŞ-nin Suriyaya qarşı sanksiyalarının ləğvi olacaq.

***

Ağ Ev görüşün baş tutacağı ilə bağlı məlumat yayıb.

“Prezident Tramp Suriya liderini sabah Səudiyyə Ərəbistanında qarşılamağa razılıq verib”, - məlumatda qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.