Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Trampla Putin telefonla danışdı
 
						Trampla Putin telefonla danışdı
Əlavə olunub: 06.04.2025 | 21:02 | Baxılıb: 1578
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb.

“omrum.az” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsində məlumat verib.

“Mən indicə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını bitirdim. Söhbət təxminən bir saat 15 dəqiqə davam etdi”, - Tramp bildirib.

Amerika lideri əlavə edib ki, o, Putinlə Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiya aerodromlarına hücumunu müzakirə edib. Tramp ümumilikdə danışığı “yaxşı” kimi qiymətləndirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.