Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.06.2025 | 21:51 | Baxılıb: 12307
İki gün əvvəl quldurluq şübhəsi ilə saxlanılan kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimli məhkəməyə çıxarılıb.

“omrum.az” xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə onların hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Müəllim və tələbə birbaşa istintaq təcridxanasına aparılıblar.

Qeyd edək ki, Tülin və Abbas bir nəfərə kəsici alətlə xəsarət yetirərək quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə ittiham olunurlar. T. Ələkbərova xuliqanlıq cinayətinə görə 6 aylıq məhkum edilib. Hələ ki cəzası başa çatmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.