Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tülin yumruğa görə cəzalandırıldı - Elektron qolbaq taxılacaq
 
						Tülin yumruğa görə cəzalandırıldı 
							 - Elektron qolbaq taxılacaq
Əlavə olunub: 07.30.2025 | 10:17 | Baxılıb: 5145
Xuliqanlıqda ittiham olunan kikboksçu Tülin Ələkbərovanın mühakiməsi başa çatıb.

“omrum.az"in əldə eldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda hökm açıqlanıb.

Tülin kafelərdən birində mübahisə etdiyi həmcinsinə yumruqla xəsarət yetirməkdə ittiham olunub. Zərərçəkmişin şikayəti əsasında kikboksçu cinayət məsuliyyətinə cəlb edilib.

Bu əməlinə görə Tülinə 2 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yumşaldıcı hallar vəziyyəti dəyişib.

Nəticədə hakim Gültəkin Əsədova kikboksçu ilə bağlı həbs qərarı çıxarmayıb. Tülinə 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə cihazın işləkliyinə nəzarət və digər qaydalara əməl etmək öhdəliyi qoyulub.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.