“omrum.az” xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.
Məlumata görə, son olaraq “UFA”da (Rusiya) çıxış etmiş 201 sm boya malik qapıçı Oleq Baklovla müqavilə imzalanıb.
O, Rusiyada “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib. Tacikistan millisinin üzvü olan 30 yaşlı qapıçı ilə 2 illik müqavilə bağalanılıb.
Xatırladaq ki, Tovuz təmsilçisi bu yay transfer dövründə David Oliveyra Tavareş, Abdulla Rzayev və Roberto Olabeni də heyətinə qatıb.