“omrum.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın Nazirlər Kabinetinin iclasında “Bəzi dostlarla son görüşümüz ola bilər” deməsi ilə bağlı iddiaların olduğu bildirilib.
Ölkənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) məlumatı təkzib edib.
“Bu tip məzmun ictimaiyyəti çaşdırmağa yönəlmiş açıq-aydın dezinformasiya fəaliyyətidir. Prezidentimiz Nazirlər Kabinetinin iclasında birmənalı olaraq belə bir açıqlama verməyib. Sözügedən iddialar heç bir konkret məlumata əsaslanmayan spekulyativ və manipulyasiya xarakterli bəyanatlardır”, - açıqlamada qeyd olunub.