Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.02.2025 | 12:56 | Baxılıb: 1071
Misirin “Əl-Əhli” klubunun heyətində Klublararası dünya çempionatında diqqətləri üzərinə çəkən Vessam Abu Ali turnir başa çatdıqdan dərhal sonra MLS klubuna keçdi.

“omrum.az” xəbər verir ki, 26 yaşlı forvard “Kolumbus Kryu” ilə anlaşdı. Amma Fələstin millisinin hücumçusu karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Belə ki, “Trabzonspor” onu icarəyə götürməyi planlaşdırır. Buna görə də, Qaradəniz təmsilçisi ABŞ klubu ilə danışıqlara başlayıb. Vessamın “Kolumbus”la müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.

Danimarkada dünyaya gələn Fələstin yığmasının hücumçusu karyerası ərzində “Olborq”, “Vendissel”, “Silkeborq”(hamısı Danimarka), “Sirius”(İsveç), “Əl-Əhli”(Misir) klublarında oynamışdı.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.