Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.17.2025 | 16:58 | Baxılıb: 2792
Türkiyə milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində səfərdə İspaniyanın qonağı olacaq.

“omrum.az” xəbər verir ki, “ay-ulduzlular” matça ciddi itkilərlə çıxacaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Kaan Ayhan (“Qalatasaray”), Aral Şimşir (“Midyullan”), Abdulkerim Bardakcı (“Qalatasaray”) Kerem Aktürkoğlu (“Fənərbaxça”) zədə səbəbindən heyətdən kənarlaşdırılıb. Zədəli futbolçular komanda ilə birlikdə səfərə aparılmayıb. Bundan başqa cəzalı durumda olan İsmail Yüksek də heyətdə yer almır. Dünən isə Hakan Çalhanoğlu zədə səbəbindən düşərgəni tərk edib.

Qeyd edək ki, İspaniya - Türkiyə qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.