Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyə ordusunda şəhid sayı 12-yə çatdı - Yenilənib
 
						Türkiyə ordusunda şəhid sayı 12-yə çatdı 
							 - Yenilənib
Əlavə olunub: 07.07.2025 | 12:12 | Baxılıb: 6485
İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində metan qazından zəhərlənmə nəticəsində Türkiyə ordusunda şəhid olan əsgərlərin sayı 8-ə çatıb.

“omrum.az” xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün metan qazından zəhərlənmə nəticəsində 5 əsgər şəhid olmuşdu.

Qeyd edək ki, 28 may 2022-ci ildə şəhid olan Leytenant Nuri Melih Bozkurtun cəsədinin tapılması işləri çərçivəsində bir mağarada aparılan axtarış zamanı 19 əsgər metan qazına məruz qalıb.

***

Türkiyə Milli Müdafiə Nazirliyi metan qazından zəhərlənən daha 4 əsgərin şəhid olduğunu açıqlayıb.

Beləliklə, Türkiyə ordusunda şəhid olan əsgərlərin sayı 12-yə çatıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.