Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədə daha bir hoteldə yanğın - Foto
 
						Türkiyədə daha bir hoteldə yanğın 
							 - Foto
Əlavə olunub: 06.12.2025 | 03:38 | Baxılıb: 1901
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda hoteldə yanğın baş verib.

“omrum.az” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Məlumata görə, yanğın hotelin türk hamamı hissəsində çıxıb.

Hadisə səbəbilə qonaqlar da təxliyə edilib.

Tüstüdən zərər çəkənlərə təcili tibbi yardım maşınında ilk tibbi yardım göstərilib, 2 nəfər isə xəstəxanaya çatdırılıb.

Yanğın zamanı obyektə ciddi ziyan dəydiyi bildirilir.

Xatırladaq ki, bu ilin əvvəlində Türkiyənin “Kartalkaya” xizək mərkəzində çıxan şiddətli yanğından sonra, ölkənin Turizm Nazirliyi ciddi araşdırmalara başlamış və qanun pozuntusu olan yüzlərlə hotelin fəaliyyətini dayandırmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.