Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədə güclü zəlzələ oldu
 
						Türkiyədə güclü zəlzələ oldu
Əlavə olunub: 05.15.2025 | 16:58 | Baxılıb: 13937
Türkiyənin Konya şəhərində 5,2 maqnitudalı zəlzələ baş verib.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb. 

Bildirilib ki, zəlzələ paytaxt Ankara və ətraf bölgələrdə də hiss edilib.

Bununla yanaşı, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında zəlzələ ilə bağlı paylaşım edib. 

Onun sözlərinə görə, hazırda AFAD və digər müvafiq qurumların əməkdaşları ərazilərdə araşdırmalara başlayıb. Yerlikaya bildirib ki, hələ ki dağıntı və tələfatla bağlı məlumat daxil olmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.