Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.06.2025 | 01:10 | Baxılıb: 694
Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda karxana tikintisində çökmə baş verib.

“omrum.az” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, dağıntılar altında qalan iki işçidən birinin meyiti çıxarılıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş hadisə ilə əlaqədar müvafiq qurum və qrupların axtarış işlərinin davam etdiyini açıqlayıb.

“İşçilərimizin Ordunun Fatsa rayonunda karxanada dağıntılar altında qaldığını böyük kədərlə öyrəndim. Aidiyyatı dövlət qurumları və qruplar axtarışlarını davam etdirir. Ümid edirik ki, işçilərimiz ən qısa zamanda sağ-salamat xilas ediləcək”, - o, sosial şəbəkədəki paylaşımında qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.