Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.10.2025 | 19:39 | Baxılıb: 2717
Türkiyədə “Eyüpspor” klubunun prezidenti və üç hakim mərc qalmaqalına görə həbs edilib. 

“omrum.az"in “TRT Haber”ə istinadən yaydığı xəbərə görə, “hakimlərin mərc saytlarına üzvlüyü” ilə bağlı aparılan istintaq çərçivəsində İstanbul Respublika Baş Prokurorluğu tərəfindən 18 nəfər saxlanılıb.  

Onlar arasında “Eyüpspor”un prezidenti Murat Özkaya, həmçinin, hakimlər Erkan Arslan, Nevzat Okat və Yakup Yapıcı da var.  

Altı nəfər şərti azadlığa buraxılıb, doqquz nəfərlə bağlı məhkəmə prosesi isə davam edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.