Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədən sonra Albaniyaya getdi
 
						Türkiyədən sonra Albaniyaya getdi
Əlavə olunub: 05.16.2025 | 04:54 | Baxılıb: 2139
Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri başa çatıb.

“omrum.az” bu barədə “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Zelenskinin təyyarəsi ötən gün axşam saatlarında Ankaradakı Esenboğa Beynəlxalq Aeroportundan havaya qalxaraq Albaniyanın paytaxtı Tiranaya yola düşüb.

Ukrayna lideri “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Albaniyaya işgüzar səfər edib.

Xatırladaq ki, Zelenski mayın 14-də Ankaraya səfər edərək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.