
“omrum.az” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, dini lider Beyrut Beynəlxalq Hava Limanında ölkə prezidenti Cozef Aun və yüksək rütbəli şəxslər tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Vatikan rəhbəri Beyrutda yerləşən Prezident sarayında müxtəlif rəsmi şəxslərlə görüşlər keçirəcək. Papa XIV Leo həmçinin üçgünlük səfəri müddətində ölkənin bir sıra bölgələrində dini ayinlərdə və görüşlərdə iştirak edəcək.