Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədən Suriyaya ilk uçuş baş tutub - Fotolar
 
						Türkiyədən Suriyaya ilk uçuş baş tutub 
							 - Fotolar
Əlavə olunub: 07.04.2025 | 22:07 | Baxılıb: 899
Bu gün Türkiyədən Suriyaya ilk uçuş baş tutub.

“omrum.az” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “X”də yazıb.

“Ankaradan Dəməşqə yeni körpü... Bu gün Ankara Esenboğa Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına ilk uçuş həyata keçirilib. Ankaradan Dəməşqə uzanan yeni ürək körpümüz köklü dostluğumuzun bir nişanəsi olaraq həyata keçdi”, - o qeyd edib.

Nazirin sözlərinə görə, Ankara-Dəməşq xəttində həftənin üç günü, bazar ertəsi, cümə və bazar günləri birbaşa uçuşlar olacaq.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.