Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyəli nazirdən “Azərbaycan Məhəlləsi” ilə bağlı paylaşım - Video
 
						Türkiyəli nazirdən “Azərbaycan Məhəlləsi” ilə bağlı paylaşım 
							 - Video
Əlavə olunub: 05.08.2025 | 11:53 | Baxılıb: 4326
Türkiyənin iqlim, şəhərsalma və ətraf mühit naziri Murat Kurum Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan Məhəlləsi” ilə bağlı “X” hesabında paylaşım edib.

“omrum.az” xəbər verir ki, paylaşımda deyilir:

“Kahramanmaraşın ürəyində qardaşlığımızın simvolunu yenidən ayağa qaldırdıq!”

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan 2023-cü il 6 fevral tarixində Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək verib. Layihənin həyata keçirilməsi üçün ümumi dəyərin 100 milyon ABŞ dolları məbləğində vəsaiti Azərbaycan hökuməti tərəfindən ayrılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.