Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Türkiyənin vasitəçiliyini təqdir edirik” - BMT
 
						“Türkiyənin vasitəçiliyini təqdir edirik” 
							 - BMT
Əlavə olunub: 05.14.2025 | 01:52 | Baxılıb: 744
“Türkiyənin Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün nümayiş etdirdiyi vasitəçiliyi təqdir edirik”.

“omrum.az” xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

O, mayın 15-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarını belə dəyərləndirib:

“Biz Türkiyənin bu münaqişənin sona çatmasında oynadığı rolu hər zaman yüksək qiymətləndiririk. Mövqeyimiz dəyişməz olaraq qalır, münaqişənin BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüquqa uyğun olaraq sona çatmasını istəyirik və bu məqsədlə bağlı bütün səyləri dəstəkləməyə davam edirik”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.