Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Üç övladından sonra özü də 28 yaşında vəfat etdi
 
						Üç övladından sonra özü də 28 yaşında vəfat etdi
Əlavə olunub: 06.07.2025 | 13:58 | Baxılıb: 4892
Beyləqanda 28 yaşlı qadın xəstəxanada vəfat edib.

“omrum.az” xəbər verir ki, ötən gün rayonun Birinci Aşıqlı kənd sakini Lütviyyə Rübail qızı Paşayevanın şəkəri və təzyiqi qalxıb.

Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin apardığı müayinə və müalicə tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, L. Paşayeva ailəli və 4 uşaq anası olub. Lakin onun 2 övladı azyaşlı olarkən eyni xəstəlikdən həyatını itirib, digər bir övladı isə doğulduqdan sonra dünyasını dəyişib.

Mərhumun bir övladı qalıb, hazırda ikinci sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.