Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Üç qadın dəm qazından öldü
 
						Üç qadın dəm qazından öldü
Əlavə olunub: 03.03.2025 | 10:45 | Baxılıb: 2967
Mingəçevirdə 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

“omrum.az” xəbər verir ki, hadisə bu gün baş verib. Rəsul Rza küçəsində yaşayan Gülnar Əlizadə qazdan boğularaq həyatını itirib.

Oxşar hadisə Şamaxı rayonunda qeydə alınıb. Martın 2-nə keçən gecə Şamaxı şəhər sakini 1979-cu il təvəllüdlü Şəfəq Kərimova A.Məmmədağa küçəsindəki evdə dəm qazından zəhərlənərək ölüb.

Daha bir qazdan boğulma hadisəsi isə Masallı şəhərində olub. 1956-cı il təvəllüdlü Firəngiz Yaqubova yaşadığı Heydər Əliyev prospektindəki evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

Hər üç faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.