Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.22.2025 | 15:39 | Baxılıb: 796
UEFA “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Ayntraxt”ı (Frankfurt, Almaniya) cərimələnib.

“omrum.az” xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Almaniya təmsilçisinin cəzalandırılmasına səbəb klubun və azarkeşlərinin “Liverpul”la matçda qayda pozuntularına yol verməsi olub.

“Ayntraxt” ictimai keçidlərin bağlanmasına görə 11000 avro ödəyəcək. Klub irotexniki vasitələrdən istifadəyə görə 10750 avro, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17500 avro cərimələnib.

Qeyd edək ki, “Qarabağ”la “Ayntraxt” arasında matç 21 yanvar 2026-cı ildə Bakıda keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.