
“omrum.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, yenə də münaqişənin başlamasında ABŞ-nin 46-cı prezidenti Co Baydeni günahlandırıb.
“Əgər 2020-ci il prezident seçkiləri saxtalaşdırılmasaydı, Ukrayna ilə Rusiya arasında müharibə olmazdı, hətta mənim ilk prezidentliyim zamanı bu haqda heç vaxt danışılmamışdı”, - Tramp vurğulayıb.
Qeyd edək ki, noyabrın 20-də Kiyevdə keçirilən görüşdə ABŞ nümayəndə heyəti Volodimir Zelenskiyə Vaşinqtonun münaqişənin həlli ilə bağlı yeni planını təqdim edib.
Trampın təsdiqlədiyi 28 bəndlik sülh planı Kiyevdən əhəmiyyətli güzəştlərə getməyi tələb edir.