Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ukrayna əməliyyata belə hazırlaşıbmış - Foto
 
						Ukrayna əməliyyata belə hazırlaşıbmış 
							 - Foto
Əlavə olunub: 06.01.2025 | 17:25 | Baxılıb: 9608
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın 40 strateji aviasiya təyyarəsini məhv etdiyi xüsusi əməliyyata il yarımdan çox müddətə hazırlaşıb.

“omrum.az” xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, əməliyyatın gedişinə şəxsən Prezident Volodimir Zelenski nəzarət edib, planı isə UTX-nin rəhbəri Vasil Malyuk və Xidmətin əməkdaşları həyata keçirib.

Belə ki, əvvəlcə PUA-lar mobil taxta konteynerlər vasitəsilə Rusiyaya gətirilib və lazımi anda konteynerlərin qapaqları uzaq məsafədən idarə olunmaqla açılıb, PUA-lar havaya buraxılıb.

Nəşr, həmçinin dronların Rusiya hərbi aerodromlarına hücuma necə hazırlandığını göstərən unikal fotoşəkillər dərc edib.

Qeyd edək ki, Ukrayna ordusu 1 gün ərzində Rusiyanın 5 aerodromunu vurub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.