Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ukrayna onları “qara siyahı”ya saldı
 
						Ukrayna onları “qara siyahı”ya saldı
Əlavə olunub: 07.02.2025 | 03:07 | Baxılıb: 5943
“Sputnik Azərbaycan” İnformasiya Agentliyinin ofisində polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun adı Ukraynanın “Mirotvorets” saytının bazasına daxil edilib. 

“omrum.az” xəbər verir ki, Ukrayna onları “qara siyahı”ya müharibə barədə təbliğat apardıqları üçün daxil edib.

Qeyd edək ki, hər iki şəxs barəsində Xətai rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunurlar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.