Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.12.2025 | 19:11 | Baxılıb: 4195
Ukrayna hakimiyyəti energetika sektorunda 100 milyon dollarlıq rüşvət qalmaqalı ilə bağlı 7 nəfərə ittiham irəli sürüb.

“omrum.az” xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Bildirilib ki, Ukrayna Dövlət Antikorrupsiya Bürosu tərəfindən aparılan iş üzrə energetika sahəsində yüksək vəzifəli şəxslər məsuliyyətə cəlb olunub. Həmçinin Ukrayna hökuməti ədliyyə naziri Herman Qaluşenkonu vəzifəsindən azad edib. 

Xatırladaq ki, Qaluşenko sosial şəbəkə hesabında hökumətin onu araşdırma müddətində vəzifədən uzaqlaşdırmaq qərarını dəstəkləyərək, bunu “sivil yanaşma” hesab etdiyini vurğulayıb. O, eyni zamanda məhkəmədə özünü müdafiə edəcəyini bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.