Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ukraynada Uşaqlar Gününün tarixi dəyişdi
 
						Ukraynada Uşaqlar Gününün tarixi dəyişdi
Əlavə olunub: 05.31.2025 | 05:24 | Baxılıb: 1720
Ukraynada Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi dəyişdirilib.

“omrum.az” “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.

Məlumata görə, Zelenski Uşaqların Müdafiəsi Gününü 20 Noyabr - Ümumdünya Uşaqlar Gününə keçirmək qərarına gəlib.

Əvvəllər Ukraynada Uşaqlar Günü hər il yayın ilk günü - 1 iyunda qeyd olunurdu.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü hələ 1949-cu ilin noyabrında təsis edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.