“omrum.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı deyib.
Ukraynaya silah tədarükünün niyə dayandırıldığı barədə suala cavab olaraq Tramp deyib: “Biz dayandırmamışıq. Biz silahla təmin edirik və artıq çox tədarük etmişik. Biz onlarla əməkdaşlıq edirik, kömək etməyə çalışırıq, lakin tədarükü dayandırmamışıq”, - Amerika lideri bildirib.
Eyni zamanda Tramp keçmiş Prezident Co Baydenin administrasiyasını tənqid edib, onu ABŞ-dan həddindən artıq silah çıxarmaqda ittiham edib: “Biz özümüz üçün də kifayət qədər silahımızın olduğuna əmin olmalıyıq”.