Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ukraynaya gedəcək silahların pulunu kim verəcək?
 
						Ukraynaya gedəcək silahların pulunu kim verəcək?
Əlavə olunub: 08.18.2025 | 23:51 | Baxılıb: 2401
ABŞ Prezidenti Donald Tramp Ukrayna üçün silahların pulunu kimin ödəyəcəyini açıqlayıb. 

“omrum.az” xəbər verir ki, Tramp bu haqda Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında danışıb.

O, NATO-nun Ukraynaya tədarük edilən ABŞ silahlarının pulunu ödəyəcəyini söyləyib:

“Biz NATO-ya silah-sursat satırıq, NATO da Ukraynanı bu silahlara sahib olmağını istəyir. Dünyanın ən yaxşı avadanlıqları ilə onları təchiz edirik və buna görə bizə pul ödəyirlər”.

Ukrayna Prezidenti isə öz növbəsində NATO vasitəsilə ABŞ silahlarını almaq imkanı yaratdığına görə Avropaya təşəkkür edib.

O əlavə edib ki, ABŞ prezidenti ilə hava hücumundan müdafiə sistemlərinin, xüsusilə “Patriot” sistemlərinin təmin edilməsi məsələsini müzakirə edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.